Fevralın 20-nə keçən gecə ABŞ prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxış edib. O, Ukraynadakı münaqişənin həllinin bir il çəkə biləcəyini deyib və bir sıra digər mühüm bəyanatlar verib.
Onun çıxışından əsas məqamlar bunlar olmuşdura:
ABŞ nüvə tərksilahı məsələlərində Rusiya Federasiyası və KXDR hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir;
Amerikanın Ukraynaya ayırdığı pulların aqibətini öyrənməyin vaxtı çatıb. Donald Trampın sözlərinə görə, Ukraynaya 300 milyard dollardan çox vəsait ayrılıb, lakin onun dəqiq necə xərcləndiyi məlum deyil;
ABŞ hakimiyyəti nadir torpaq metalları ilə bağlı Ukrayna ilə müqaviləni bərpa edəcək. Bundan əvvəl ABŞ prezidenti Ukraynanı razılaşmaları pozmaqda ittiham edib;
Rusiya mühüm ərazilərə nəzarət etdiyi üçün Ukrayna ilə bağlı danışıqlarda əlində “kozır” var;
Ukraynadakı münaqişə bir il ərzində həll oluna bilər, əks halda üçüncü dünya müharibəsi başlaya bilər.
//Samir Qurbanov, Editor.az