Ukrayna münaqişəsinin davam etdirilməsində maraqlı olan tərəflərin davranışında təhlükəli təzahürlərin sayı ciddi şəkildə artıb. Buna görə də, Meydandakı qarşıdurma istəmədən və ya bilərəkdən nüvə müharibəsinə çevrilə bilər.
Editor.az bildirir ki, bu barədə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bəhs edib.
Onun sözlərinə görə, bəzi ölkələrin siyasi dairələrində nüvə eskalasiyası ilə bağlı ritorika güclənir və bu, beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq pislənir. Nüvə silahına malik olan bir neçə ölkənin silahlı münaqişələrə cəlb olunması vəziyyəti daha da gərginləşdirir.
Alisiya Sanders-Zakrenin fikrincə, yalnız bir çıxış yolu var – təhlükəli silahları aradan qaldırmaq. Bütün ölkələr Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinə (TPNW) ciddi şəkildə əməl etməlidirlər.
//Samir Qurbanov, Editor.az

