Ukraynadakı münaqişədə ölən ilk xarici jurnalistin ölümü barədə həmkarı danışdı- TƏFƏRRÜATLARbackend

Ukraynadakı münaqişədə ölən ilk xarici jurnalistin ölümü barədə həmkarı danışdı- TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev polisi amerikalı jurnalist Brent Renaudun Kiyev yaxınlığındakı İrpin şəhərində güllələndiyini açıqlayıb.

Editor.az-ın “BBC  Türkçe” yə istinadla verdiyi xəbərə görə bildirilib ki,  Renaud rus əsgərlərinin hədəfində olub. İki jurnalist yaralanıb və xəstəxanaya aparılıb. Bu, Ukraynadakı müharibəni işıqlandıran əcnəbi jurnalistin qeydə alınmış ilk ölümü idi. Renaudun sosial mediada paylaşılan və qəzetin mətbuat kartını göstərən fotosu ilə bağlı New York Times qəzeti açıqlama verib. The New York Times qəzeti Renaudun ölümündən təəssüfləndiyini bildirsə də jurnalistin onun Ukraynadakı işçilərindən biri olmadığını bildirib.

NYT, Renaudun qəzetdə sonuncu dəfə 2015-ci ildə işlədiyini qeyd edib. Renaudun Ukraynada kimə işlədiyi hələlik bəlli deyil. Yaralı jurnalistlərdən biri, italiyalı Xuan Arredondo deyib ki, atışma başlayanda Renaudun yanında olub:

“İrpində ilk körpülərdən birini keçdik, digər qaçqınları dartmaq üçün maşına mindik. Biri bizi başqa körpüyə aparmağı təklif etdi, keçid məntəqəsini keçdik, bundan sonra bizə atəş açıldı. Sürücü geri isə qayıtdı. Sadəcə ikimiz idik. Dostum Brent Renaud güllələndi və arxada qaldı. Mən onun boynundan vurulduğunu gördüm”.

//Gülnarə Abasova, Editor.az