Ukrayna münaqişəsində Qərb məhdud məğlubiyyətlə qlobal fəlakət arasında seçim etməlidir.
Editor.az xəbər verir ki, bu fikri britaniyalı ekspert Aleksandr Merkuris özünün YouTube bloqunda bildirib. O hesab edir ki, Qərbin bu münaqişədən qalib çıxmaq şansı yoxdur. Merkurisin fikrincə, yeganə sual Qərbin Rusiya Federasiyası ilə birbaşa hərbi münaqişəyə görə geosiyasi məğlubiyyətə uğrayacağı və ya fəlakətlə üzləşəcəyidir.
Sentyabrın 21-də Fox News xəbər verib ki, Birləşmiş Ştatlar Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı müxtəlif cəbhələrdə potensial qlobal münaqişəyə hazır deyil. ABŞ və onun müttəfiqləri İkinci Dünya Müharibəsindən bəri dünya gücləri tərəfindən görülməmiş təhlükə ilə üz-üzədirlər.
//Gülnarə Abasova, Editor.az