Ukraynadakı rus hərbçilərinin sayı məlum olubbackend

Ukraynadakı rus hərbçilərinin sayı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı rus hərbçilərinin sayı açıqlanıb.

Editor.az UNIAN-a istinadən xəbər verir ki, Ukraynada hazırda Rusiya ordusunun müddətli hərbçilərindən 250-300 nəfər əsir var.

“Həmin müddətli əsgərlər, o cümlədən əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın kəşfiyyatçıları, daha əvvəl Donbasda döyüşmüş, sonradan Dağlıq Qarabağda dırnağarası sülhməramlı vəzifə yerinə yetirmiş hərbçilər xeyli maraqlı mətləblərdən danışdılar. Suriyadan, Donbasdan çox danışdılar, Ukraynada da Suriyadakı üsuldan istifadə etdiklərini, yəni şəhərləri mühasirəyə aldıqlarını, ordu ilə bacarmayıb eynilə indi Mariupolda etdikləri kimi acığı əhalidən çıxdıqlarını dedilər”- prezidenti ofisindən bildirilib.

//Editor.az