Rəsmi məlumata görə, bu gün Ukraynada 562 rusiyalı hərbi əsir var.
Bu barədə Editor.az “UNIAN”-a istinadən məlumat verir.
Baş nazirin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçukun sözlərinə görə, hazırda rəsmi olaraq Rusiya Federasiyasının 562 hərbi əsiri və bir də “Yük-200” adlanan adamlar var. Biz bu barədə məlumatları dəqiqləşdir və “Qırmızı Xaç” komitəsi ilə birlikdə işləyirik.
Qurum rəsmisinin sözlərinə görə, onların hər biri üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə kartlar göndərilir və bütün məhbuslarla beynəlxalq humanitar hüquqa uyğun rəftar edilir.
Bundan əvvəl məlum olmuşdu ki, Milli İnformasiya Bürosu Ukraynadakı hərbi əsirlərlə bağlı məsələlərlə məşğul olacaq. Artıq Xarici İşlər Nazirliyinin xətti ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə belə bir büronun yaradılması barədə məlumat verilib.
Editor.az

