backend

Ukraynadakı yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.
Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.
Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
//APA