Ukraynadan ABŞ-a sürpriz silah siyahısı: Orada nələr var?backend

Ukraynadan ABŞ-a sürpriz silah siyahısı: Orada nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri dekabrın 6-da Vaşinqtonda keçirilən müdafiə sənayesi konfransı çərçivəsində keçirilən qapalı iclasda “Ukrayna müdafiə qüvvələrinin ehtiyaclarını ödəmək üçün silahların siyahısını” təqdim ediblər.

Editor.az bildirir ki, bu barədə dekabrın 6-da “Reuters” agentliyi yazıb. Qeyd olunur ki, geniş siyahıya həm Ukraynanın artıq malik olduğu silahlar, məsələn, “Abrams” tankları və 155 mm-lik artilleriya, həm də Kiyevin malik olduğu “F-16” qırıcıları, pilotsuz təyyarələr və uzaqmənzilli ATACMS raketləri kimi bəzi silah növləri daxildir. Lakin Ukraynanın siyahısında bir sıra sürprizlər də var.

Xüsusilə, “Boeing” şirkətinin istehsalı olan bahalı “C-17 Globemaster” nəqliyyat təyyarələri və Lockheed Martin tərəfindən istehsal olunan “C-130 Super Hercules”, – Reuters vurğulayır. Bundan əlavə siyahıda “Apache” və “Black Hawk” helikopterləri, “F-18 Hornet” döyüş təyyarələri, “MQ-9B Sky Guardian” daxil olmaqla üç növ dron və “Terminal High Altitude Area Defense” (THAAD) hava hücumundan müdafiə sistemi də var.

//Samir Qurbanov, Editor.az