Ukraynadan çıxan və İstanbuldan keçən ilk taxıl gəmisi YOXA ÇIXDIbackend

Ukraynadan çıxan və İstanbuldan keçən ilk taxıl gəmisi YOXA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Beyrutdakı səfirliyi Livandan göndərildikdən sonra limanlarını tərk edən ilk taxıl yüklü gəmi “Razoni”nin aqibətindən xəbərsizdir.

“Razoni”nin yükünü Livanda alınmadığı üçün başqa yerə satdığı iddia edilir.

Avqustun 1-də Odessadan yola çıxan və içərisində Ukrayna qarğıdalısı olan Syerra-Leone bayraqlı “Razoni” gəmisi Türkiyədə yoxlanılıb. Toyuq yemi olaraq istifadə ediləcək 26 ton qarğıdalını Livandakı alıcı müqavilənin müddət ərzində yerinə yetirilməməsi səbəbindən almayıb.

“Razoni” adlı gəmidən son 3 gündür xəbər yoxdur. Heç bir izləmə cihazı olmayan gəmi sonuncu dəfə Kipr adasının şərq sahilində görünüb.