Ukraynadan daha 5 taxıl daşıyan gəmi yola düşübbackend

Ukraynadan daha 5 taxıl daşıyan gəmi yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha 5 taxıl daşıyan gəmi Ukraynanı tərk edib.

Editor.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat verib. Nazirlikdən verilən açıqlamada bildirilib ki, taxıl daşınması çərçivəsində qarğıdalı və buğda yüklü 5 gəmi, 2-si Yujnı, 3-ü Çornomorsk limanlarından Ukrayna limanlarından yola düşüb.

Açıqlamada o da qeyd olunub ki, bu gün Ukrayna limanlarına gedəcək 4 gəmi Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.

//Gülnarə Abasova, Editor.az