Ukrayna Silahlı Qüvvələri Donbassa ilk əks-hücumu həyata keçirib və nəticədə, vilayətin işğal olunmuş Horlivka kəndinə doğru irəliləyə bilib.
KAİM.az xəbər verir ki, bunu prezident Vladimir Zelenskinin dəftərxanasının rəhbəri Oleksiy Arestoviç onlayn brifinq zamanı deyib.
O, tezliklə ölkəsinin müdafiə mərhələsindən uğurla çıxacağını və əks hücuma keçərək işğal edilmiş bütün torpaqların geri qaytarılacağını bildirib:
“Sizə yaxşı xəbərlərim var. Biz öz torpaqlarımızı qoruyuruq. Birliklərimiz öz mövqelərindədir və bir briqadamız Horlivkanın kənarı ilə sadəcə irəli gedir. Digər bölmələrimiz əlavə istiqamətlərdə hücuma keçdi. Düşünürəm ki, bu sonuncu hücum və sonuncu əks hücum da deyil. Vaxt gələcək, rusların işğal etdiyi bütün torpaqarımızı geri alacağıq” – deyə Arestoviç sözlərini tamamlayıb.

