“Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra diplomatik kanallarla çıxış yolu qurmaq üçün “Rusiyanı aşağılamamaq lazımdır”.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ötən Fransa Prezidenti Emmanuel Makron deyib.
“Mən hesab edirəm ki, Putin öz xalqı, özü, tarix üçün fundamental və tarixi səhv etdi və mən bunu ona dedim. Rusiya Prezidenti Putin özünü təcrid edir və onun bu vəziyyətdən çıxması çətindir”, – Makron əlavə edib.
Makronun Rusiya ilə bağlı açıqlamalarına Ukraynadan reaksiya gəlib.
“Rusiyanı alçaltmaqdan çəkinməyə çağırışlar yalnız Fransanı və bu çağırışı edən digər ölkələri aşağılayır”, – deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
//Gülnarə Abasova, Editor.az

