Ukraynadan Moskva və Sevastopola PUA hücumubackend

Ukraynadan Moskva və Sevastopola PUA hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kiyev rejiminin pilotsuz təyyarələrlə terror aktları törətmək cəhdlərinin qarşısı alınıb”.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva və Sevastopol şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.

Açıqlamada paytaxt Moskva istiqamətində uçan 2 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edildiyi bildirilib:

“Sevastopol şəhəri yaxınlığında 2 PUA növbətçi hava hücumundan müdafiə sistemləri ilə vurulub, onlardan 9-u elektron döyüş vasitələri ilə bloklanıb, hədəfə çata bilməyən PUA-lar isə Qara dənizə düşüb. Bloklanan terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb”.

//Safura Bənnayeva, Editor.az