Ukraynalı qaçqınlar fövqəladə vəziyyət planına uyğun olaraq üç ilə qədər Avropa İttifaqın üzv ölkələrdə yaşamaq və işləmək hüququ əldə edəcəklər.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiyanın bir həftə əvvəl amansız hücuma başlamasından bəri Ukraynada demək olar ki, 875 min insan evlərini tərk edib.
Belə ki, onların yarıdan çoxu (454 min nəfər) Polşaya, 116 min nəfəri Macarıstana, 67 min nəfəri Slovakiyaya, 45 min nəfəri Rumıniyaya, 79 min nəfəri isə Aİ-yə daxil olmayan Moldovaya gedib.
//Gülnarə Abasova, Editor.az

