Ukraynalı aparıcı Aleksey Durnev Rusiya prezidenti Vladimir Putini güllələyəcəyini etiraf edib.
Editor.az xəbər verir ki, “Qordon” verilişinin yaradıcısı, ukraynalı jurnalist Dmitri Qordonla müsahibəsində o, Rusiya liderini cəzalandırmaq istəyindən danışıb. Həmsöhbət əlavə edib ki, həyatda ən böyük arzusu Putinin ölümüdür: “Mən Putini güllələyərdim. Həyatda onun ölümü qədər başqa bir şey istəmirəm”.
//Gülnarə Abasova, Editor.az

