Dünya ictimaiyyəti, xüsusilə də Ukrayna, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında mümkün sammiti diqqətlə izləyir.
Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, “Xalqın qulluqçusu” partiyasından deputat Aleksandr Merejko UNİAN-a müsahibəsində bildirib ki, bu görüşün baş tutacağı hələ sual altındadır.
Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin təhlükəsizliklə bağlı qorxularına görə Macarıstana səfər etməkdən çəkinə bilər:
“Putin paranoyakdır və təhlükəsizlik məsələlərinə görə Macarıstana gəlməyə cəsarət etməyəcək,” – deyə deputat qeyd edib.
Merejko həmçinin hesab edir ki, Budapeştin görüş yeri kimi seçilməsi Qərb üçün müəyyən narahatlıq doğurur və bu təşəbbüs daha çox Rusiyanın maraqlarına xidmət edə bilər.
//Samir Qurbanov, Editor.az

