Ukraynalı ekspertlər: “Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var” – ŞƏRH + FOTObackend

Ukraynalı ekspertlər: “Müharibə yoxdursa, deməli hərbi əsirlər yoxdur, terrorçular var” – ŞƏRH + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hamının hamıya” prinsipi ilə mübadilə aparılsa da, Ermənistan hələ də Azərbaycanın guya hərbi əsirləri geri qaytarmaması mövzusuna toxunmağa davam edir. Belə ki, Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan yanvarın 13-də BMT-nin Baş katibi Antonio Quterreşə əsir götürülmüş onlarla erməni hərbçisi barədə məktub göndərib.

Əslində söhbət müharibə bitəndən sonra Ermənistandan Azərbaycanın Xocavənd rayonuna göndərilən təxribatçılardan gedir. Əgər onlar Ermənistan silahlı qüvvələrinin hərbçiləridirsə, bu o deməkdir ki, İrəvan atəşkəsi pozub. Ancaq bunu Ermənistanda etiraf etmirlər. Belə çıxır ki, onlar Azərbaycanda vuruşmağa, hərbçilərə və mülki şəxslərə hücum etməyə qərar verən, Ermənistan tərəfindən nəzarət olunmayan silahlılar, təxribatçılardır. Belə olduğu halda, onları mühakimə gözləyir.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl verdiyi açıqlamada Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-təxribatçı qrupunun tutulduğunu qeyd edib.

Eyni zamanda, araşdırma zamanı məlum olub ki, qrup üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanan atəşkəs razılaşmasından iki həftədən çox müddət keçdikdən sonra Azərbaycana göndəriliblər.

Əsrlərin geri qaytarılması mövzusu ordusunun əsl itkilərini hələ də gizlədən Ermənistan rəhbərliyi üçün son dərəcə ağrılıdır. Təsadüfi deyil ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı Nikol Paşinyan bu məsələyə toxunmuşdu. Təbii ki, Ermənistanın baş naziri dəstəklənmədi.

Kimləri əsir hesab etmək olar? Media.Az şərh üçün ukraynalı hərbi ekspertlərə, general-mayor, Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin keçmiş müavini Mixail Qluqovski və ehtiyatda olan polkovnik, Ukrayna Baş Qərargah Əməliyyat İdarəsinin keçmiş əməkdaşı Oleq Jdanova müraciət edib.

Mixail Qluqovski:

– Çox qısaca cavab verəcəyəm. Müharibə varsa, hərbi əsirlər də var. Müharibə yoxdursa, hərbi əsir yoxdur.

Oleq Jdanov:

– Onları göndərən ölkə (döyüş əməliyyatları bitdikdən sonra – red.) silahlı qüvvələrinə mənsub olduqları faktını etiraf edirsə, deməli, onlar hərbi əsirdirlər.

– Bu subut olunmuş fakt olsa da, Ermənistan hərbçi göndərmək faktını etiraf etmir…

– … Əgər etiraf etmirsə, deməli onlar terrorçular və hərbi cinayətkarlardır.

– Həbs edilənlər təxribat törədib, həm Azərbaycan hərbçilərinə, həm də mülki şəxslərə hücum ediblər. Eyni zamanda, Azərbaycanda hərbi vəziyyət ləğv edilib.

– Azərbaycan öz ərazisindəki xüsusi təyinatlı qüvvələrin iştirakı ilə anti-terror əməliyyatları da daxil olmaqla, təmizləmə əməliyyatları həyata keçirmək hüququna sahibdir. Bura sizin ərazinizdir və heç kim bu cür əməliyyatları qadağan edə bilməz. Anti-terror əməliyyatı elan edilərsə, bir şərt qoyula bilər: ya təslim olun, ya da məhv ediləcəksiniz.

Loading...