Ukrayna əsgərinin Rusiyanın T-80 tankını təkbaşına məhv etməsinin görüntüləri hər kəsi şoka salıb.
Ukraynalı hərbçinin gizləndiyi ağacların arasından qəfil çıxaraq tankı zərərsizləşdirməsi görüntüləri pilotsuz təyyarənin kameralarına əks olunub.
Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi T-80 döyüş tankı meşəlik ərazidə irəliləyərkən gözlənilməz hücum nəticəsində təsirsiz hala düşüb.
Görüntülərdə ukraynalı hərbçinin tank əleyhinə idarə olunan raketlə Rusiya tankını vurduğu görünür.
Musavat.com




