Ukraynalı əsgərlər Urojayne kəndini azad etdilərbackend

Ukraynalı əsgərlər Urojayne kəndini azad etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunları avqustun 16-da cəbhənin ən azı üç sektorunda əks-hücum əməliyyatlarını davam etdirərək, Zaporojye vilayətinin qərbində və Donetsk və Zaporojya vilayətləri sərhədində irəliləyişə nail olub.

Editor.az xəbr verir ki, bu barədə Müharibələrin Tədqiqi İnstitutunun (ISW) gündəlik hesabatında bildirilir. İnstitut qeyd edir ki, avqustun 16-da açıqlanan geolokasiya məlumatları Ukrayna qüvvələrinin Zaporojya vilayətinin qərbində Robotinodan şimal-şərqdə (Orekhovdan 10 km cənubda) irəlilədiyini göstərir.

Onların bu qəsəbənin şimal-şərqində meşəlik ərazidə fəallıq göstərdiklərini nəzərə alsaq, yəqin ki, ətraf rayonlarda böyük irəliləyişlər əldə ediblər. Hesabatda o da qeyd olunur ki, Ukrayna rəsmiləri Zaporojye və Donetsk vilayətləri sərhəddindəki Urojayne kəndinin (Velyka Novoselkadan 9 km cənubda) azad edildiyi barədə məlumat veriblər.

35-ci dəniz piyada briqadası öz şəxsi heyətinin kəndin mərkəzində Ukrayna bayrağını qaldırdığını əks etdirən kadrlar dərc edib.

//Samir Qurbanov, Editor.az