Ukraynalı hakerlər Şimali Qafqaz Federal Universitetinin şəbəkə infrastrukturuna hücum ediblərbackend

Ukraynalı hakerlər Şimali Qafqaz Federal Universitetinin şəbəkə infrastrukturuna hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kibermütəxəssisləri Rusiya ordusu üçün pilotsuz uçuş aparatları operatorları, rəqəmsal rabitə mütəxəssisləri, mühəndislər və fiziklər hazırlayan Şimali Qafqaz Federal Universitetinin şəbəkə infrastrukturuna hücum ediblər.

Editor.az xəbər verir ki, bu barədə oktyabrın 11-də “Hromadske” öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr nəşrə bildiriblər ki, bu universitet Rusiya Federasiyasının bir sıra regionlarında təhsil müəssisələrinin, o cümlədən yeddi institutun fəaliyyətini dəstəkləyir.

Əməliyyat nəticəsində universitetin ümumi həcmi 150 TB-dən çox olan daxili informasiya infrastrukturuna – internet saytları, məlumat bazaları, fayl anbarları və s. ciddi ziyan dəyib. Hakerlər 11 vebsayta, 7 mindən çox ofis kompüterinə, 135 serverə və fayl anbarına hücum ediblər. Həmçinin, əsas məhvetmə istiqaməti üzrə tədbirləri ört-basdır etmək üçün onlar Rusiya təşkilatlarının bir sıra məqsədli internet resurslarına və fayl anbarlarına silsilə kiberhücumlar həyata keçiriblər.

Bundan sonra hakerlər zərər çəkmiş internet resurslarında Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatlarını dəstəkləyən təbliğat açıqcası dərc ediblər. “Əməliyyatın nəticəsi təcavüzkar ölkənin təhsil və elmi bazasının və kiberməkanda xüsusi kəşfiyyat tapşırıqlarını yerinə yetirməklə hərbi mütəxəssislərin əlavə hazırlığı imkanlarının zəifləməsi olub”, – nəşrin həmsöhbəti bildirib.

//Samir Qurbanov, Editor.az