Rusiya Ordusu daha bir cinayət törədib və müharibə qanunlarına zidd olaraq əsir düşmüş Milli Qvardiyanın bir qrup əsgərini edam edib.
Editor.az bildirir ki, bunu ukraynalı fəal və könüllü Sergey Sternenko deyib. Onun sözlərinə görə, bununla belə, artıq Ukrayna qəhrəmanlarının qisasını alıblar. “Tokmak istiqamətində ruslar bir qrup hərbi əsirimizi güllələdilər”, – o, deyib. Sternenko aydınlaşdırıb ki, Rusiya Federasiyası müvafiq cinayəti bir neçə gün əvvəl Tokmak istiqamətində törədib: əsir götürülən Milli Qvardiyanın əsgərlərinin əlləri arxadan bağlanıb, sonra isə öldürülüb, – könüllü qeyd edib.
“Şevronlara görə, bunlar Milli Qvardiyaçılar olub. lakin onların qisasını çox tez alındı. Qatillərin bəziləri artıq məhv edilib”, – Stepanenko deyib.
//Samir Qurbanov, Editor.az

