Ukraynalı idmançı rus idmançılarla şəkil çəkdirməkdən imtina edibbackend

Ukraynalı idmançı rus idmançılarla şəkil çəkdirməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda üçüncü olan ukraynalı idmançı İqor Tsvetov qızıl və gümüş medal qazanan rusiyalı idmançılar Dmitriy Safronov və Artem Kalaşyanla şəkil çəkdirməkdən imtina edib.

Editor.az xəbər verir ki, rusiyalı idmançılar kürsüdə ikili poz verərək şəkil çəkdiriblər.

Qeyd edək ki, Safronov yarışda 11.39 saniyə ilə dünya rekordunu qırıb. Kalaşyan da ondan 0.36 saniyə geri qalıb.

Daha əvvəl ukraynalı idmançı Yaroslava Maguçihin rusiyalı Mariya Lasitskene ilə fotosessiyası Ukraynada narazılığa səbəb olmuşdu. Bəzi mətbuat orqanları və millətçilər idmançını tənqid ediblər. 

//Gülnarə Abasova, Editor.az