Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladıbackend

Ukraynalı komandir Rusiyanın hansı istiqamətdən hücum edəcəyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə, əsas zərbə Donbassdan deyil, ən sürətli marşrutdan həyata keçiriləcək”.

Editor.az  “qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Ukraynanın “Azov” alayının komandiri Denis Prokopenko “NTA” telekanalının efirində deyib.

Onun sözlərinə görə, belə bir hücum Bransk-Kiyev istiqamətində endirilə bilər.

“Çerniqov vilayətində sərhəddən Kiyevə qədər olan məsafə 200 kilometrdən azdır, buna görə də, bu Ukrayna paytaxtını ələ keçirməyin və hakimiyyəti kapitulyasiyaya məcbur etməyin ən sürətli yoludur”, – deyə komandir qeyd edib.