ABŞ Dövlət Departamenti ruslar tərəfindən ukraynalı məhbusların kütləvi şəkildə edam edilməsi ilə bağlı xəbərlərə reaksiya verib.
Editor.az “Ukrinform”a istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Ukraynanın bu hərbi cinayətinin araşdırılmasını məqsədəuyğun hesab etdiyini bildirib.
“Biz bu xəbərləri gördük (ukraynalı məhbusların ruslar tərəfindən güllələnməsi ilə bağlı), lakin bunu təsdiqləmək üçün məndə müstəqil məlumat yoxdur. Bununla belə, hesab edirəm ki, Ukraynanın araşdırma aparması məqsədəuyğundur”, – Miller deyib. Dövlət Departamentinin sözçüsü əlavə edib ki, genişmiqyaslı işğal başlayandan bəri “Rusiya dəhşətli əməllər törədir”.
//Samir Qurbanov, Editor.az

