Ukrayna Nazirlər Kabineti üzrlü səbəb olmadan məmurların müharibə müddətində xaricə getməsini qadağan edən qərar qəbul edib.
Editor.az bildirir ki, bu barədə Baş nazir Denis Şmıqal Telegram-da yazıb: “Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını yerinə yetirmək üçün hökumət rəsmilərinin müharibə müddətində üzrlü səbəb olmadan xaricə getməsini qadağan edən qətnaməni təsdiqləyib”.
Şmıqal vurğulayıb ki, xalq deputatları, məmurlar, yerli hakimiyyət orqanlarının nümayəndələri, prokurorlar, hakimlər və bir çox digər vəzifəli şəxslər dövlət sərhədini yalnız ezamiyyət əsasında keçə bilərlər: “Danışıqlara, müalicəyə, azyaşlı uşaqlara baxmaq üçün xaricə getmək olar. İstirahətə getmək mümkün deyil.
Təəssüf ki, elələri var ki, hətta müharibə zamanı belə əsas şeyləri başa düşmürlər. Bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının, Ukrayna prezidentinin müvafiq fərmanı var. İndi Nazirlər Kabinetinin müvafiq qərarı meydana çıxdı”, – hökumət başçısı bildirib.
//Samir Qurbanov,Editor.az

