Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO xarici işlər nazirlərinin fövqəladə iclası zamanı sərt çıxış edib. Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, nazir NATO-nu çox gec olmadan indi hərəkətə keçməyə çağırıb. Kuleba bununla bağlı Twitter hesabında yerləşdirdiyi videomüraciətdə Ukraynanın beynəlxalq tərəfdaşlarına səslənib:
“NATO xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etdim. Mesajım budur: gec olmadan indi hərəkətə keçin. Putinin Ukraynanı Suriyaya çevirməsinə imkan verməyin. Biz döyüşməyə hazırıq. Mübarizəmizi davam etdirəcəyik. Amma bu mübarizədə bizə konkret, qəti və sürətli addımlarla kömək edəcək tərəfdaşlar lazımdır”, – Kuleba vurğulayıb.
//Samir, Editor.az
Took part in the extraordinary meeting of NATO Foreign Ministers. My message: act now before it’s too late. Don’t let Putin turn Ukraine into Syria. We are ready to fight. We will continue fighting. But we need partners to help us with concrete, resolute and swift actions, now. pic.twitter.com/s4FCaAOjNy
— Dmytro Kuleba (@DmytroKuleba) March 4, 2022

