Ukraynalı nazir: Rusiya hər an qaz tranzitini kəsə bilərbackend

Ukraynalı nazir: Rusiya hər an qaz tranzitini kəsə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna uzun müddətdir ki, Rusiyanın qaz tranzitini istənilən an dayandıra biləcəyindən çıxış edir və bu bu risklər hesablanıb.

Editor.az bildirir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko “Forbes”ə müsahibəsində deyib: “İstmə mövsümündə idxala ehtiyacımız olmasının başqa səbəbi də budur. Tranzit dayanacağı halda, kifayət qədər təzyiqə malik olan kəmərdə müəyyən miqdarda qaza ehtiyacımız olacaq.

Bu, azdır, amma olmalıdır” – nazir izah edib. “Yeri gəlmişkən, ruslar bu yaxınlarda tranzit həcmini sutkada 40 milyon kubmetrdən 60 milyon kubmetrə qədər artırıblar. Maraqlı davranışdır. Fevralın 24-nə keçən gecə, yəni işğalın ilk günü onlar tranziti iki dəfə – demək olar ki, müqavilə ilə nəzərdə tutulmuş səviyyəyə – maksimuma çatdırdılar. O zaman onların məntiqi bəlli idi: “Avropalılar, qarışmayın, qazınız budur, özümüz həll edəcəyik”. Rusiyanın bundan sonrakı hərəkətləri necə olacaq – yaxın gələcəkdə görəcəyik”, – nazir əlavə edib.

  //Samir Qurbanov, Editor.az