Ukraynalı pilotların birinci qrupu “F-16” qırıcılarının istismarı üzrə təlimləri başa vurubbackend

Ukraynalı pilotların birinci qrupu “F-16” qırıcılarının istismarı üzrə təlimləri başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı pilotların birinci qrupu ABŞ-da F-16 qırıcılarının istismarı üzrə təlimləri başa vurub.

Editor.az “Politico” xəbər verir ki, bu barədə mayın 23-də ABŞ Milli Hava Qvardiyasının nümayəndəsi Erin Hanniqan bildirib. Xatırladaq ki, Ukrayna hərbçiləri ABŞ Milli Qvardiyasının Arizona ştatının Tucson şəhərindəki 162-ci Hərbi Hava Qüvvələri bazasında təlim keçiblər.

Hanniqan “təhlükəsizliyi səbəbi ilə” pilotların sayını və ya onların təlimlərinin dəqiq başa çatma tarixini açıqlamayıb. Eyni zamanda, o, bunun Ukrayna səmasında Amerika istehsalı olan müasir qırıcıların gətirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb. Nəşr bildirir ki, hazırda pilotlar əlavə təlim keçmək üçün Avropaya yollanıblar.

//Samir Qurbanov, Editor.az