Almaniya hökuməti ukraynalı qaçqınların müdafiəsi statusunu 2025-ci ilin martına qədər uzadıb.
Editor.az bildirir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müharibədən qaçan və Almaniyada müdafiə statusu alan Ukraynadan olan qaçqınların yaşama icazəsi avtomatik olaraq 2025-ci il martın 4-dək uzadılacaq.
Ukraynalıların yaşayış statusunu uzatmaq üçün müraciət etmələri və statuslarını təsdiqləmək üçün digər prosedurları təkrarlamaq lazım olmayacaq. “Putinin ölümcül müharibəsindən qaçmaq məcburiyyətində qalanların hamısı bizimlə təhlükəsiz yaşayacaq, təhsilə və iş bazarına çıxış əldə edəcəklər.
Bu dəhşətli müharibə davam etdikcə, biz Ukraynadan olan insanların həyatını qorumağa davam edəcəyik. Biz Ukraynanın arxasında yaxından dayanmağa davam edəcəyi” , – Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser qərarı şərh edərkən vurğulayıb.
//Samir Qurbanov, Editor.az

