Almaniyada dost və tanışların olması, yüksək qazanc və sosial müavinətlər ukraynalı qaçqınların Polşanı tərk edərək Almaniyaya getməsinin əsas səbəbidir.
Editor.az xəbər verir ki, bu barədə EWL miqrasiya platforması və Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları Mərkəzi tərəfindən aparılan “Polşadan Almaniyaya.
Ukraynalı qaçqınların miqrasiyasında yeni tendensiyalar” adlı araşdırmada məlumat verilir. “Eurostat”ın məlumatlarına görə, 2023-cü ilin iyun ayının sonunda Almaniyada təxminən 1,1 milyon Ukrayna vətəndaşı, Polşada isə təxminən 975 min nəfər qeydiyyatda olub.
Bu o deməkdir ki, 2022-ci ilin avqustundan bəri Polşada qeydiyyatdan keçmiş qaçqınların sayı 350 mindən çox azaldığı halda, Almaniyada onların sayı 410 mindən çox artıb.
//Samir Qurbanov, Editor.az

