Ukraynalı qadınları zorlayan rus əsgərlərinin danışıqları ratsiya vasitəsi ilə qeydə alınıbbackend

Ukraynalı qadınları zorlayan rus əsgərlərinin danışıqları ratsiya vasitəsi ilə qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya mətbuatında yer alan xəbərə görə, Ukraynada rus əsgərlərinin gənc qadınlara təcavüz etdiyi ratsiya qeydləri ilə təsdiqlənib. Editor.az “Haberler.com” a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti (SSU) şok səs yazısı əldə edib. Rus əsgərlərinin ratsiya vasitəsilə zorlama əməlləri barədə rus dilində danışıqları eşidilib.

Ratsiya vasitəsi ilə eşidələn söhbətdə bir əsgərin “Burada üç tankçımız var” deməsi eşidilir. Sonra başqa bir səs “Bir qızı zorladılar, 16 yaşında idi” deyə səslənir. Hadisəni ratsiyadan eşidən başqa bir rus əsgəri təəccüblə “Bunu bizim adamlardan biri edib?” -deyə səsi eşidilib.

Ukraynalı siyasətçi Mariya Mezentseva işğal zamanı rus əsgərlərinin pis rəftarı və zorlama hallarından danışarkən bildirib ki, işğal zamanı zorlama hadisəsi ilə bağlı ilk dəfə istintaq açılıb. Mezentseva ərinin rus əsgərləri tərəfindən güllələnməsindən sonra ukraynalı qadının uşaqlarının gözü qarşısında zorlandığını bildirib. O həmin rus əsgərlərinin sərxoş olmasını da qeyd edib.

Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı digər səs yazılarında isə rus əsgərlərinin cəbhədə yemək tapa bilmədiyi aşkarlanıb. Ratsiya vasitəsi ilə ət tapmadıqları üçün it əti yediklərini qeyd olunub.

//Editor.az