Ukraynalı rejissor Kiyev yaxınlığında güllələnərək öldürüldübackend

Ukraynalı rejissor Kiyev yaxınlığında güllələnərək öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı fotoqraf, sənədli film rejissoru Maks Levin Kiyev yaxınlığında ölü tapılıb.

Editor.az  Axşam.az-a istinadən xəbər verir ki, bu barədə rejissorun 10 ilə yaxındır əməkdaşlıq etdiyi “LB.ua” nəşri məlumat yayıb. Bildirilib ki, Levin martın 13-də hərbçi və keçmiş fotoqraf Oleksiy Çernışo ilə Rusiya təcavüzünün nəticələrini sənədləşdirmək üçün Quta Mejigirska kəndinə yollanıb. Onların Moşçun kəndinə getdiyi və həmin gündən onlardan xəbər alınmadığı qeyd olunub.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak özünün teleqram hesabında Levinin cəsədinin ötən gün Quta Mejigirska kəndi yaxınlığında tapıldığını bildirib. Ölkənin Baş Prokurorluğunun ilkin məlumatına görə, Levin iki güllə ilə öldürülüb. Vurğulanıb ki, rejissor silahsız olub.

Məsələ ilə bağlı “Müharibə qanunlarını pozma” maddəsi ilə cinayət işi açıb.

Aleksey Çernışovun taleyi ilə bağlı isə hələlik məlumat yoxdur.