2019-cu ildə Wimbledon və US Open-in yarımfinalında çıxış edən 27 yaşlı Svitolina sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən heç bir Rusiya və Belarus idmançısı ilə oynamayacağını bildirib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Svitolina, Meksikada keçirilən Monterrey turnirində rusiyalı Potapova ilə qarşılaşdığı və mübarizə aparacağı turnirdən imtina etdiyini açıqlayıb.
Ukraynalı idmançı açıqlamasında tennis, ATP, WTA və ITF-in təşkilatlarından BOK-un Rusiya və Belarus idmançılarının qərəzsiz şəkildə qurumlara daxil edilməsi çağırışına əməl etmələrini xahiş edib. Dünənki iclasdan sonra BOK bildirib ki, Rusiya və ya Belarus vətəndaşları istər fərdi, istərsə də komanda şəklində yarışlara yalnız neytral idmançı və ya neytral komanda kimi buraxılmalıdır. O, tövsiyyə edib ki, bu iki ölkənin heç bir milli simvolu, rəngi, bayraqları və himnlərindən istifadə edilməməlidir.
//Gülnarə Abasova, Editor.az

