Ukraynalılara qarşı vuruşmaq üçün Kursk vilayətinə abxaz və Cənubi Osetiya könüllüləri göndərilibbackend

Ukraynalılara qarşı vuruşmaq üçün Kursk vilayətinə abxaz və Cənubi Osetiya könüllüləri göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk vilayətinə abxaz və Cənubi Osetiya könüllüləri yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, “Ukrayna Silahlı Qüvvələrinin işğalını dəf etmək üçün abxaz və Cənubi Osetiya könüllülərinin Rusiya Federasiyasının ərazisinə köçürülməsi davam edir”. Ali Baş Komandan (Putin) Kursk vilayətinə dəstək verməyə çağırıb.

Bizi uzun müddət gözləmək lazım deyil. Biz köməyə gəlmişik”, – abxaz döyüşçü Axra Avidzbanın komandir olduğu Donbasın “Vəhşi diviziyası”nın mesajında deyilir. “Donbasın “Vəhşi diviziyası”nın tərkibində könüllülər Korpusunun Sarmat batalyonunun şəxsi heyəti düşmən hərbi birləşmələrini məhv etmək üçün Kursk vilayətində təmas xəttinə keçib. Qələbə bizim olacaq”, – Osetiya batalyonunun teleqram kanalında qeyd olunub. Digər təfərrüatlar verilməyib.

//Samir Qurbanov, Editor.az