Ukraynalıları təhqir edən rusiyalı zabit öldürülübbackend

Ukraynalıları təhqir edən rusiyalı zabit öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna əsgərləri Muromdan olan 27 yaşlı Andrey Mixayloviç Piçuqini məhv ediblər.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan (“Ştirlis”) “Twitter” səhifəsində bəhs edib. Qeyd edək ki, Piçuqin sosial şəbəkələrdə ukraynalıları “Xoxol” adlandırıb və başqa təhqiramiz yazılar yazıb. Rusiya mətbuatı Piçuqinin həyat yoldaşı, 3 yaşlı qızı və 6 aylıq oğlu olduğunu bildirib.

İşğalçı Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş leytenantı və rabitəçisi olub. O, iyulun 6-da döyüş meydanında ukraynalı əsgərlər tərəfindən uğurla “denasifikasiya” edilib. Piçuqin Vladimir vilayətinin Murom rayonunda dəfn olunacaq. “Xüsusi əməliyyat”dakı “xidmətlərinə” görə Pichugin ölümündən sonra “Cəsarətə görə” ordeni ilə təltif olunub.

Editor.az