Ukraynalıların deportasiyasının ikinci dalğası başlayıbbackend

Ukraynalıların deportasiyasının ikinci dalğası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azı on minlərlə ukraynalı Rusiya ərazisinə və onun müvəqqəti işğal etdiyi Ukrayna torpaqlarına aparılıb”. Bu sözlərin müəllifi Ukrayna prezidenti Volodimir Zelenskidir.

Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, o, bu haqda Yunanıstan parlamentinə müraciəti zamanı bəhs edib: “Rusiya Ukraynanın cənubundan insanların yeni deportasiyasına başlayıb. Ən azı on minlərlə insanımız artıq Rusiya ərazisinə və onun müvəqqəti işğal etdiyi Ukrayna ərazilərinə aparılıb.

Bunlar Mariupol və rus qoşunlarının hücumuna məruz qalan şəhər və icmaların sakinlərdir”. “Rusiya etdiyi hər şeyə görə cəzasız qalacağına tam əmindir. Biz onu dayandırmalıyıq. Biz Rusiyanı məsuliyyətə cəlb etməliyik”, – deyə, prezident çağırış edib. Zelenski həmçinin Odessanı Mariupolun məruz qaldığı dağıntı ehtimalından xilas etməyə də çağırıb. “Biz Rusiya tərəfindən deportasiya edilmiş bütün insanları tapmalıyıq. Biz ən azı Mariupolda hələ də sağ olan və xilas ola biləcək insanları xilas etməliyik”, – o vurğulayıb. Sonda Zelenski yunanları “dövlətimizin cənubunda ukraynalıları və yunanları xilas və Mariupola kömək edə biləcək yeni dostlar birliyi” yaratmağa çağırıb.