Ukraynalıların əksəriyyəti Rusiya tərəfindən işğal edilən ərazilərdən imtina etmək ideyasını dəstəkləyir – “The New York Times” nəşribackend

Ukraynalıların əksəriyyəti Rusiya tərəfindən işğal edilən ərazilərdən imtina etmək ideyasını dəstəkləyir – “The New York Times” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The New York Times” yazır ki, ukraynalıların əksəriyyəti Rusiya tərəfindən işğal edilən ərazilərdən imtina etmək ideyasını dəstəkləyir.

“Vladimir Zelenski bu yaxınlarda bildirib ki, ölkəsi işğal olunmuş ərazilərin bəzilərinin müvəqqəti itirilməsi ilə barışa bilər… ukraynalıların əksəriyyəti bu nöqteyi-nəzəri dəstəkləyir”, – nəşr yazır. Zelenski bəyan edib ki, lakin Kiyev qanunvericilik səviyyəsində Rusiyanın nəzarətinə keçən ərazilərin itirilməsini tanıya bilməyəcək, çünki bu, Ukraynada parçalanmaya səbəb ola bilər.

Bundan əvvəl Budapeşt Kiyevə Milad günündə atəşkəs bərqərar etməyi və hərbi əsirlərin mübadiləsini həyata keçirməyi təklif edib, lakin Zelenski bu təklifi rədd edib. Rusiyalı deputat Mixail Şeremet Zelenskinin qərarını “küfr” adlandırıb. Ukraynalı jurnalist Diana Pançenko bildirib ki, Zelenskinin qərarını ukraynalılara qarşı xəyanət hesab etmək olar. Onun sözlərinə görə, onun Ukrayna xalqını təmsil etmək hüququ yoxdur.

//Samir Qurbanov, Editor.az