Ukraynalıların 58%-i Ukraynanın qısa müddətdə bu müharibədə qalib gələcəyinə inanır.
Editor.az bildirir ki, bunu İlk Kuçeriv Demokratik Təşəbbüslər Fondunun Razumkov Mərkəzinin sosioloji xidməti ilə birgə 2023-cü il dekabrın 8-dən 15-dək keçirdiyi milli sosioloji sorğunun nəticələri göstərir.
Ukraynalıların mütləq əksəriyyəti qələbəyə inanmaqda davam edir – 88%, onların 63%-i qələbəyə birmənalı şəkildə inanır (keçən il bu, 78% idi). Respondentlərin yalnız 5%-i qələbəyə şübhə ilə yanaşır.
//Samir Qurbanov, Editor.az

