Ukraynanı Çexoslavakiyanın taleyi gözləyir – Slovakiyanın baş naziri Robert Fikobackend

Ukraynanı Çexoslavakiyanın taleyi gözləyir – Slovakiyanın baş naziri Robert Fiko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Robert Fiko hesab edir ki, Ukrayna Rusiya ilə münaqişə nəticəsində ərazilərinin üçdə birini itirəcək.

Onun fikrincə, nə vaxtsa Qərb 1938-ci ildə Çexoslovakiya kimi Kiyevi də qurban verəcək. “Bir an gələcək ki, Qərb deyəcək: “Yaxşı, biz bacarmadıq, ona görə də Ukraynanı qurban veririk”. Belə ki, 1938-ci ildə Münhen müqaviləsi ilə Çexoslovakiya ərazilərini nasist Almaniyasına verməyə məcbur olmuşdu. Mən qorxuram ki, Ukrayna ilə də oxşar hadisə baş verə bilər”, – deyə Fiko Braziliyanın “Folha de S.Paulo” qəzetinə bildirib.

Slovakiyanın baş naziri hesab edir ki, Ukrayna xəyanətə məruz qalacaq. Qərb ona xarici qoşunların olması kimi təhlükəsizlik təminatları təklif etməyəcək. Bununla belə, Robert Fiko Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, Rusiya-Ukrayna münaqişəsi bitəndə hamı Moskva ilə “ticarət etmək istəyəcək”.

Qeyd edək ki, 1938-ci ilin sentyabrında Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət başçıları Münhen sazişini imzalayıblar. Sənəd Çexoslovakiya ərazilərini Üçüncü Reyx, Polşa və Macarıstan arasında bölüşdürmüşdü.

//Samir Qurbanov, Editor.az