Ukraynanı dəstəkləyən iranlı müğənni ölüm cəzasına məhkum edildibackend

Ukraynanı dəstəkləyən iranlı müğənni ölüm cəzasına məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan əvvəl ukraynalı aparıcıya ölüm hökmü çıxaran İran hakimiyyəti indi də reper Tomac Salehiyə ölüm hökmü çıxarıb. İfaçı 2022-2023-cü illərdə hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi üçün cəzalandırılıb.

Editor.az “Reuters”ə istinadən bildirir ki, reper “dünyada korrupsiyanı yaymaqda” təqsirli bilinib. Bu termin İran rəsmiləri tərəfindən İslam əxlaqı ilə bağlı müxtəlif cinayətləri təsvir etmək üçün istifadə olunur.

Xatırladaq ki, Salehi hələ 2022-ci ilin oktyabrında saxlanılıb. Sonra o, həbs edildi və artıq 2023-cü ildə İran Ali Məhkəməsi cinayətkarın əleyhinə hökm çıxarıb. O, hökumətə qarşı etirazlara dəstək verdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilib. Tomac xüsusilə mahnılarda və səhnə çıxışları zamanı müqavimətini göstərirdi. 2024-cü ilin aprelində İsfahan şəhər məhkəməsi əvvəlki hökmü nəzərdən keçirərək reperin ölümlə cəzalandırılmasına qərar verib. İfaçının vəkili Mustafa Neli məhkəmənin edam hökmündən apellyasiya şikayəti verməyə çalışacağını qeyd edib.

Tumac Salehi Rusiyaya qarşı mübarizədə Ukraynaya fəal dəstək verib. Tam miqyaslı işğalın əvvəlində reper Ukraynaya həsr olunmuş mahnı lentə alıb.

//Samir Qurbanov, Editor.az