Ukraynanı dəstəkləyən ruslar təqib deyil, mühakimə olunmalıdır – Rusiya Xarici İşlər Nazirliyibackend

Ukraynanı dəstəkləyən ruslar təqib deyil, mühakimə olunmalıdır – Rusiya Xarici İşlər Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanı dəstəkləyən ruslar mühakimə olunmalıdır.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib. “Kiyev rejimini maliyyələşdirən və ya dəstəkləyən hər kəs təqib olunmamalı, mühakimə olunmalıdır”, – nazirlik bildirib.

Nazirlik diplomatlara Rusiya prezidenti Vladimir Putinə qarşı çıxan və Ukraynadakı hərbi əməliyyatı tənqid edən rusiyalı sənətçi və məşhurları təqib etməyi tapşırıb. Onlar üçün “ov” dost ölkələrdə aparılır, çünki orada rus bölməsinin nümayəndələri var.

Xatırladaq ki, yanvarın 24-də “Bi-2” rok qrupunun üzvləri yanlış verilən vizalara görə Tailandda saxlanılıb. Eqor Bortnik musiqiçilərə “Rus izi” ilə bağlı xəbərdarlıq edildiyini söyləyib. Yanvarın 31-də qrupun bütün üzvləri İsrailə gəliblər.

//Samir Qurbanov, Editor.az