Ukraynanı NATO-ya buraxmamağa and içən adam Polşa prezidenti oldubackend

Ukraynanı NATO-ya buraxmamağa and içən adam Polşa prezidenti oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 1-də Polşada keçirilən prezident seçkilərində seçki məntəqələrindən gələn protokolların 100%-i hesablanıb. Bu barədə seçki komissiyasının saytı məlumat yayıb.

Müxalifətdəki “Hüquq və ədalət” partiyasının namizədi Karol Navroçki qalib gəlib və seçicilərin 50,89%-i ona səs verib. Onun rəqibi, Avropayönlü Varşava meri Rafal Tşaskovski 49,11% səs toplayıb.

İyunun 1-i axşam saatlarında dərc edilmiş exit-poll nəticələri ilkin olaraq Tşaskovskiyə üstünlük verib, 49,7%-ə qarşı 50,3% səslə. Yenilənmiş sorğu məlumatları göstərib ki, lider dəyişib – 50,7% Navroçkiyə, Tşaskovski isə 49,3% səs toplayıb. Səsvermədə 20 milyondan çox polyak iştirak edib.

//Samir Qurbanov, Editor.az