Ukraynanı nüvə silahı ilə təmin etmək münaqişənin tamamilə idarəolunmaz eskalasiyasına səbəb olacaq – Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovbackend

Ukraynanı nüvə silahı ilə təmin etmək münaqişənin tamamilə idarəolunmaz eskalasiyasına səbəb olacaq – Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynanı nüvə silahı ilə təmin etmək münaqişənin tamamilə idarəolunmaz eskalasiyası ilə təhlükə yaradar.

Editor.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. “Bu, münaqişənin daha da və tamamilə idarəolunmaz böyüməsi istiqamətində bir addım olar”, – xarici işlər nazirinin müavini vurğulayıb.

Onun sözlərinə görə, nüvə silahının Ukraynaya ötürülməsi hazırda dünyada qüvvədə olan silahlara nəzarət sisteminin məhvinə gətirib çıxaracaq. Ryabkov Kiyevi nüvə silahı ilə təmin etmək imkanından danışanları “məsuliyyətsiz şəxslər” adlandırıb.

Bundan əvvəl xarici KİV-də ABŞ-da 1990-cı illərin əvvəllərinə qədər mövcud olan nüvə silahlarının Ukraynaya qaytarılması variantı ilə bağlı müzakirələrin aparılması ilə bağlı xəbərlər yayılıb.

//Samir Qurbanov, Editor.az