Amerika və Avropa mediasında dərc olunan son xəbərlərə görə, Ukrayna 2022-ci ildə Rusiya İkinci Dünya Müharibəsinin başlanğıcından bəri ən sərt qışla üzləşəcək.
Nəşrlər Kiyevin Qərb tərəfdaşlarından maliyyələşdirmə ilə bağlı problemlərini, silah tədarükünün əlaqələndirilməsindəki çətinlikləri, yanacaq-enerji sektorunun vəziyyətini və şaxtalı qış proqnozlarını qeyd edirlər.
Editor.az xəbər verir ki, “Politico” “İndiyə qədərki ən sərt qış” başlıqlı məqalə dərc edib.
Nəşr Ukraynanın keçmiş energetika naziri Olqa Boquslavetsdən sitat gətirib. O hesab edir ki, “bu qışın əvvəlki bütün qışlardan daha çətin olacağı artıq aydındır”.
BBC “daxili məlumatlara” istinadən iddia edir ki, Ukrayna hakimiyyəti hərbi əməliyyatların başlanğıcından bəri “ən pis qışa hazırlaşır”. Adı çəkilməyən yüksək vəzifəli Ukrayna rəsmisi “bu, tariximizin ən pis qışı olacaq” fikrini bildirib. BBC mənbəyi əlavə edib ki, “Bütün dövlət qurumları ən pis ssenariyə hazır olmalıdır”.
Məqalədə həmçinin Ukrayna enerji şirkəti DTEK-nin baş direktoru Maksim Tkaçenkonun Rusiyanı “Ukraynanın enerji sistemini tamamilə məhv etməyə” cəhd etməkdə günahlandıran fikrinə də istinad edilir.
//Samir Qurbanov, Editor.az

