Ukraynanın 10-dan çox şəhərində hərbi qulluqçuların 18 aylıq xidmətdən sonra tərxis olunması ilə bağlı qanunun qəbuluna çağırışlarla mitinqlər keçirilib.
Editor.az xəbər verir ki, Kiyev Maydanında keçirilən mitinqdə hərbçilərin yaxınları “başqalarının vaxtı çatıb” və “hərbçilərin də ailələri var” şüarları səsləndiriblər. “Ukrayinska pravda”nın yazdığına görə, mitinqə Ukraynanın müxtəlif bölgələrindən uşaqlı qadınlar da gəlib. Odessa, Lvov, İvano-Frankivsk, Ternopol və digər şəhərlərdə də etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, oktyabrın 25-də Ali Radanın Milli Təhlükəsizlik Məsələləri Komitəsinin üzvü Sergey Raxmanin səfərbərliyi gücləndirmək planlarını açıqlayıb. Onun sözlərinə görə, bu, şəxsi heyətin itirilməsi və yeni birləşmə və briqadaların formalaşdırılması zərurəti ilə əlaqədardır.
//Samir Qurbanov, Editor.az