Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosedurları 2023-cü ildə başlaya bilər.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Dövlət Departamentinin baş direktoru Nataliya Forsyuk səsləndirib.
O, prosesin başladılması üçün çoxlu sayda qanunvericilik aktlarının qəbuluna və tətbiqinə ehtiyac olduğunu vurğulayıb: “Namizəd statusu qanuni olaraq Avropa perspektivini və struktur fondlara çıxışı təmin edir”.
Forsyuk həmçinin vurğulayıb ki, namizəd statusu Ukraynanın sülh danışıqlarında mövqeyini gücləndirəcək.
//Gülnarə Abasova, Editor.az

