Macarıstanın baş nazirinin siyasi müşaviri Balazs Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına daxil olması alyansa 2,5 trilyon avroya başa gələcək.
O qeyd edib ki, bu məbləğ Aİ-nin 2025-ci il üçün ümumi büdcəsindən 12 dəfə çoxdur.
Editor.az bildirir ki, bu barədə cənab Orban Facebook sosial şəbəkəsində yazıb. Balazs Orbanın fikrincə, ölkənin Aİ-yə daxil olması ittifaq üçün həm siyasi, həm də iqtisadi baxımdan dözülməz bir yük olacaq. Siyasətçi əlavə edib ki, “ən mühafizəkar hesablamalara görə” Ukraynanın bərpası 500 milyard avroya başa gələcək, Ukrayna dövlətinə hər il dəstək isə 100 milyard avro təşkil edəcək.
Orban onu da vurğulayıb ki, Ukrayna Aİ-yə daxil olarsa, Aİ-nin kənd təsərrüfatı fondlarının 25%-i Ukraynaya yönəldiləcək və beləliklə, macar fermerləri dəstəkdən məhrum olacaq.
//Samir Qurbanov, Editor.az