Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar bşlandıbackend

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar bşlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lüksemburqda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına həsr olunmuş hökumətlərarası nazirlər səviyyəsində konfrans keçirilib.

Ukraynanın Baş naziri Denis Şmıqal videobağlantı vasitəsilə iclasda iştirak edib. Aİ Şurasında Belçika sədrliyinin xarici işlər naziri Aja Labib konfransı açaraq, “Danışıqlar Ukraynanın Avropa İttifaqının hüquqi nailiyyətlərinin tam şəkildə tətbiqini təmin etmək məqsədi daşıyır” deyib. Xanım Labib aydınlaşdırıb ki, onun bəyanatı Aİ-nin mövqeyini ortaya qoyur. O, Ukraynada məhkəmə islahatları, korrupsiyaya qarşı mübarizə, milli azlıqların müdafiəsi və ayrı-seçkiliyə yol verilməməsi məsələlərini vurğulayaraq müzakirə edilməli olan vəzifələri qeyd edib: “Bu, uzun bir prosesin başlanğıcıdır.

Bu gün biz irəliyə doğru atılmış mühüm addımı qeyd edərkən, qarşıda duran yolun davamlı səy, fədakarlıq və daha da əhəmiyyətli islahatlar tələb edəcəyini də etiraf etməliyik”, – deyə Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.

Xatırladaq ki, 2022-ci ildə Ukrayna Aİ-yə üzv olmaq üçün namizəd dövlət statusu alıb. 2023-cü il dekabrın 14-də Avropa Şurası ölkənin birliyə qoşulması ilə bağlı danışıqlara başlamaq qərarına gəlib. İyunun 7-də Avropa Komissiyası Ukraynanın danışıqlara başlamaq üçün lazım olan ilkin şərtləri yerinə yetirdiyini təsdiqləyib. Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə qəbul olunacağını deyib.

//Samir Qurbanov, Editor.az