Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı rəsmi danışıqlar iyunda başlaya bilərbackend

Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı rəsmi danışıqlar iyunda başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüssel rəsmiləri Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı rəsmi danışıqlara gələn ay başlamağa çalışırlar.

Editor.az “Politico”ya istinadən yazır ki, pərdə arxasında Aİ və Kiyev diplomatları intensiv işləyir, Macarıstan hökumətini Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamağa razılaşdırmağa çalışırlar.

Adının açıqlanmasını istəməyən beş diplomat bildirib ki, məqsəd iyunun 25-də rəsmi danışıqlara başlamaqdır. Danışıqların başlaması iki ildən artıqdır ki, Rusiyanın tammiqyaslı işğalına qarşı mübarizə aparan və uzun müddətdir ki, Qərb blokuna qoşulmağa can atan Ukraynada əhval-ruhiyyəni artıracaq.

Diplomatlar bildirirlər ki, həm Brüssel, həm də Kiyev Ukraynadakı macar azlıqların problemlərini həll etmək üçün Budapeştlə intensiv ikitərəfli diplomatiya aparır.

//Samir Qurbanov, Editor.az