Ukraynanın Azərbaycandakı səfirliyi Ermənistanın Gəncəyə hücumunu pisləyibbackend

Ukraynanın Azərbaycandakı səfirliyi Ermənistanın Gəncəyə hücumunu pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi dinc əhalinin həlak olmasına və yaralanmasına, eləcə də onların evlərinin dağılmasına səbəb olmuş Azərbaycanın Gəncə şəhərinin növbəti dəfə atəşə tutulmasını qəti şəkildə qınayır.

Səfirliyin bəyanatında bildirilir ki, mülki obyektlərə və dinc əhaliyə yönəlmiş hər-hansı hücumlar əsassızdır və dərhal dayandırılmalıdır.

“Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını diləyirik”, – bəyanarda qeyd edilir.